AZ

"Rusiya Belarusu da müharibəyə qoşur"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Belarusu da müharibəyə cəlb etməyə çalışa biləcəyini bildirib. O, vəziyyətin narahatedici olduğunu vurğulayıb.

Musavat.com xəbər verir ki, Zelenski bu fikri kəşfiyyat məlumatlarına əsaslanaraq səsləndirib.

Onun sözlərinə görə, Belarusun sərhədyanı ərazilərində Ukrayna istiqamətində yollar çəkilir. Həmin bölgələrdə artilleriya mövqelərinin də hazırlandığı bildirilir.

Zelenski qeyd edib ki, Rusiya yenidən Belarusu öz müharibəsinə cəlb etməyə cəhd göstərə bilər. Ukrayna lideri Aleksandr Lukaşenkoya da mesaj göndərib. O bildirib ki, Belarus rəhbəri Venesuelada son dövrdə baş verən hadisələrin nəticələrini unutmamalıdır.

 

Musavat.com

Seçilən
28
musavat.com

1Mənbələr