AZ

Yaşıllıqlara 133 min manatdan çox ziyan dəyib

Ajans.az xəbər verir ki, bu barədə qurumdan məlumat verilib. Bildirilib ki, araşdırmalar nəticəsində yaşıllıqlara ümumilikdə 133 140 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Qanunsuz ağac kəsimi halları aşağıdakı ünvanlarda qeydə alınıb: Bakı şəhəri: Nizami rayonu (Qara Qarayev prospekti, 120A), Səbail rayonu (Badamdar qəsəbəsi, 10-cu Badamdar küçəsi) və Yasamal rayonu (Müzəffər Həsənov küçəsi, 69); Sumqayıt şəhəri: Səməd Vurğun küçəsi; Abşeron rayonu: Masazır kəndi, Rafiq Dünyamalıyev küçəsi, 20A; Qax rayonu: Qazmalar və Tasmalı kəndləri; Oğuz rayonu: Filfilli və Yaqublu kəndləri.

Hər bir fakt üzrə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından, toplanmış materiallar hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib.

Seçilən
8
20
Ajans.az

10Mənbələr