AZ

Bakı ilə Baltik ölkələri arasında yeni dövr ŞƏRH

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Baltikyanı ölkələrin Azərbaycana marağının artması son illərdə həm siyasi, həm də iqtisadi müstəvidə daha aydın şəkildə müşahidə olunur. Latviya, Litva və Estoniya ilə münasibətlərdə ticarət, nəqliyyat və enerji sahələri xüsusi önəm daşıyır. Avropa İttifaqı çərçivəsində əməkdaşlığın genişlənməsi bu əlaqələrin daha da intensivləşməsinə şərait yaradır.Məsələ ilə bağlı politoloq Oqtay Qasımov Demokrat.az-a bildirib ki, Baltikyanı ölkələrin Azərbaycana marağının artması son illərdə daha aydın şəkildə müşahidə olunan xarici siyasət tendensiyalarından biridir və bu proses bir neçə strateji amillə izah olunur:"Əsas səbəblərdən biri Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində oynadığı rol və Avropa bazarına enerji ixracında etibarlı tərəfdaş kimi qəbul edilməsidir. Xüsusilə son dövrlərdə Azərbaycanın Avropa İttifaqı ölkələri ilə enerji sahəsində əməkdaşlığının genişlənməsi bu ölkənin qlobal enerji xəritəsində mövqeyini daha da gücləndirib. Baltikyanı ölkələr üçün Azərbaycanla əməkdaşlıq yalnız enerji ilə məhdudlaşmır. Regionlararası nəqliyyat və logistika layihələri, xüsusilə Orta Dəhliz üzərindən Avropa ilə Asiyanı birləşdirən ticarət marşrutları bu marağı daha da artırır. Bu ölkələr üçün Azərbaycan həm alternativ ticarət yollarına çıxış, həm də regionlararası iqtisadi inteqrasiyada mühüm keçid nöqtəsi kimi çıxış edir".Onun sözlərinə görə, digər mühüm amil isə Azərbaycanın geosiyasi mövqeyidir:"Ölkənin Avropa ilə Asiya arasında yerləşməsi, eyni zamanda Türk dünyası və İslam ölkələri ilə geniş siyasi və mədəni əlaqələri onun beynəlxalq münasibətlər sistemində əhəmiyyətini artırır. Bu çoxşaxəli əlaqələr Baltik ölkələri üçün Azərbaycanla əməkdaşlığı daha maraqlı və perspektivli edir. Bundan əlavə, siyasi dialoq və diplomatik münasibətlərin intensivləşməsi də bu prosesə təsir göstərir. Qarşılıqlı səfərlər, yüksək səviyyəli görüşlər və iqtisadi forumlar əməkdaşlığın praktiki müstəviyə keçməsinə şərait yaradır. Xüsusilə enerji, nəqliyyat, rəqəmsal iqtisadiyyat və investisiya sahələrində yeni imkanlar formalaşır. Nəticə etibarilə, Baltikyanı ölkələrin Azərbaycana marağının artması təsadüfi deyil, əksinə qlobal və regional proseslərin məntiqi nəticəsi kimi dəyərləndirilir. Enerji təhlükəsizliyi, logistika marşrutlarının diversifikasiyası və siyasi-iqtisadi əməkdaşlığın genişlənməsi bu marağın əsas hərəkətverici qüvvələridir", - deyə politoloq qeyd edib. Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
demokrat.az

1Mənbələr