AZ

Tramp: “Müharibəni dayandıran saziş demək olar ki, hazırdır”

ABŞ prezidenti Donald Tramp iranla mümkün saziş barədə açıqlama verib.

Musavat.com xəbər verir ki, o, Bloomberg telekanalına müsahibəsində bildirib ki, müharibəni dayandırmağa yönəlmiş razılaşma artıq böyük ölçüdə yekunlaşmaq üzrədir.

Trampın sözlərinə görə, İran bu çərçivədə nüvə proqramını qeyri-müəyyən müddətə dayandırmağa razılaşıb. ABŞ prezidenti eyni zamanda iddia edib ki, Tehran Vaşinqtondan dondurulmuş vəsaitlərin qaytarılması tələbini də geri çəkib.

Ağ Ev rəhbəri qeyd edib ki, tərəflər arasında danışıqlar intensiv şəkildə davam edir və yaxın günlərdə yekun razılaşmanın elan olunması mümkündür.

 

Musavat.com

Seçilən
3
50
musavat.com

10Mənbələr