AZ

ABŞ-İran görüşünün vaxtı açıqlandı

ABŞ və İran nümayəndələri çox güman ki, bu həftə sonu görüşəcəklər.

"Unikal"ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Axios”a müsahibəsində deyib.

"İranlılar görüşmək, razılaşma əldə etmək istəyirlər. Düşünürəm ki, həftə sonu görüş keçiriləcək. Zənnimcə, növbəti bir-iki gün ərzində razılaşma əldə edəcəyik", - deyə o bildirib.

Daha əvvəl “Axios” mənbəyə istinadən müzakirə olunan razılaşmanın elementlərindən biri kimi ABŞ-nin İranın zənginləşdirilmiş uran ehtiyatından imtina etməsi müqabilində dondurulmuş İran vəsaitlərindən 20 milyard dolları azad edəcəyini yazıb.

Seçilən
15
50
unikal.az

10Mənbələr