AZ

“Yorğun demokrat” - Orban ağrı və boşluqla mübarizə aparır

Viktor Orban seçki məğlubiyyətindən sonra hazırda çətin bir dövr keçirdiyini və bundan sonra nə olacağını bilmədiyini söyləyib.

Musavat.com xarici çmediaya istinadla xəbər verir ki, o, mətbuata verdiyi müsahibə mürəkkəb emosiyalar yaşadığını və yorğunluq, ağrı və boşluq kimi təsvir etdiyi daxili vəziyyətlə mübarizə aparmağa çalışdığını etiraf edib.

“Həyatımda zaman-zaman yorğunluq hiss etmiş ola bilərəm, amma indi, məğlubiyyətimdən sonra birdən qocalmamışam; özümü nədənsə gənc hiss edirəm - yəni bütün bu ağrılar içimdə çox böyük bir enerji buraxıb və bundan sonra nə edəcəyimə qərar vermək məndən asılı deyil. Həyatımda ailədən, gücdən, ambisiyadan və ya ilhamdan başqa başqa bir xoşbəxtlik tapa biləcəyimi hələ bilmirəm, çünki hazırda, dediyim kimi, yorğunluqdan, ağrıdan və boşluqdan əziyyət çəkirəm", - deyə Macarıstanın istefa verən baş naziri müsahibəsində bildirib.

Qeyd edək ki, V.Orban 16 il idi ki, Maxarıstanda hakimiyyətdə idi və qatıldığı bütün seçkilərdə qalib gəlirdi.

Musavat.com

Seçilən
14
musavat.com

1Mənbələr