Vaşinqton, 17 aprel, AZƏRTAC
İran uranın zənginləşdirilməsini dayandırmağa razılıq verib.
AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp “NewsNation”a müsahibəsində deyib.
O, danışıqlarda potensial irəliləyişin olduğunu təsdiqləyib.
Tramp artıq heç nədən təəcüblənmədiyini dilə gətirib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton