Bakı. Trend:
Binəqədi (10 May küçəsi) və Biləcəri qəsəbələrini metronun“Memar Əcəmi” stansiyası ilə əlaqələndirən 92 nömrəli müntəzəmmarşrutda istismar olunan avtobusların bir qismi yenilənir.
Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən(AYNA) məlumat verilib.
Bildirilib ki, 6 böyüktutumlu “Yutong” markalı müasir avtobusCNG texnologiyası ilə təchiz olunub. Yeni avtobuslar aprelin 19-dansərnişinlərin xidmətinə veriləcək.
Məlumata görə, ümumilikdə 14 avtobus 7-8 dəqiqə intervallasərnişinlərin ixtiyarında olacaq.
Qeyd edək ki, sözügedən avtobuslarda ödəniş nağdsızqaydadadır.