AZ

Azərbaycan və Dominikan arasında parlamentlərarası əlaqələrin inkişafı müzakirə edilib (FOTO)

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova İstanbulda keçirilənParlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyası çərçivəsindəDominikan Respublikası Milli Konqresinin Deputatlar Palatasınınsədri Alfredo Paçeko ilə görüşüb.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı parlamentlərarası əlaqələrininkişafı perspektivləri və digər məsələlər barədə fikir mübadiləsiaparılıb.

Söhbət zamanı ölkələrimizin Parlamentlərarası İttifaq, BMT vədigər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının əhəmiyyətiqeyd olunub, bunun ümumi mənafelərə xidmət etdiyi vurğulanıb.

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın beynəlxalqəməkdaşlığın genişləndirilməsinə, parlament diplomatiyasınıntəşviqinə xüsusi önəm verdiyini bildirib. Spiker qeyd edib ki,Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə üzv dövlətlərarasında həmrəyliyin gücləndirilməsi, o cümlədən kiçik adadövlətlərinin maraqlarının müdafiəsi üçün qarşılıqlı dəstəyintəşviqi və qlobal çağırışlara birgə cavab verilməsi istiqamətindəmühüm təşəbbüslərlə çıxış edib. O, həmçinin bildirib ki, COP29-asədrliyi çərçivəsində Azərbaycan kiçik ada dövlətlərinnarahatlıqlarını daim diqqətdə saxlayıb, onların üzləşdiyiproblemlərin həlli istiqamətində beynəlxalq səylərinbirləşdirilməsinə xüsusi önəm verib. Bu məqsədlə COP29 çərçivəsindəhəmin dövlətlərin problemlərinə həsr olunmuş xüsusi sammitkeçirilib. Sahibə Qafarova, eyni zamanda, Qoşulmama HərəkatıParlament Şəbəkəsinin yaradılmasının və institusional inkişafınınçoxtərəfli parlament əməkdaşlığı baxımından önəmli platformayaçevrildiyini vurğulayıb.

Alfredo Paçeko ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsindəmaraqlı olduğunu bildirərək, parlamentlər arasında təmaslarınartırılmasının münasibətlərin inkişafına töhfə verəcəyini qeydedib.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Məqalədə:
Seçilən
20
4
az.trend.az

10Mənbələr