AZ

“Turan Tovuz” hesabı açdı Yenilənir

Qol.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Turan Tovuz” hesabı açdı - Yenilənir

Bu gün Misli Premyer Liqasında 28-ci tura start veriləcək.

QOL.az xəbər verir ki, ilk oyun günündə 2 görüş keçiriləcək.

Əvvəlcə "Araz-Naxçıvan" "Turan Tovuz"u qəbul edir. Oyun saat 17:00-da başlayıb. Bu komandaların ilk dövrədəki oyununda "Araz-Naxçıvan" 2:1 hesabı ilə qalib gəlib. İkinci dövrənin matçında isə 1:1 hesabı qeydə alınıb.

Günün digər matçında isə "Neftçi" "Zirə"nin qonağı olacaq. "Zirə" 44 xalla 4-cü, "Neftçi" isə 43 xalla 5-ci pillədə qərarlaşıb. Qalib gələn komanda 4-cü pillədəki yerini bir qədər möhkəmləndirəcək. Bu baxımdan görüş turun mərkəzi oyunlarından sayılır. 

Bu komandaların ilk iki dövrədəki qarşılaşmalarında qalib müəyyənləşməyib - 2:2, 0:0.

17 aprel (cümə)

17:00. “Araz-Naxçıvan” – “Turan Tovuz” - 0:1 (İkinci hissə)

Qol: İbrahima Vadji, 70

“SOCAR Polymer Arena”

19:30. “Zirə” – “Neftçi”

Zirə İdman Kompleksinin stadionu

18 aprel (şənbə)

15:30. “Karvan-Yevlax” – “Şamaxı” 

Yevlax şəhər stadionu

19:30. “Qarabağ” – “Sabah” 

Tofiq Bəhramov adına Respublika Stadionu

19 aprel (bazar)

15:30. “Kəpəz” – “İmişli” 

Yevlax şəhər stadionu

18:00. “Sumqayıt” – “Qəbələ” 

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Bombardirlər:

Coy Lens Mikels (“Sabah”) - 18 qol

Velko Şimiç (“Sabah”) - 11 qol

Bassalu Sambu ("Neftçi") - 10 qol

Emin Mahmudov ("Neftçi") - 9 qol

Karim Rossi ("Şamaxı") - 9 qol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
10
qol.az

10Mənbələr