AZ

Millinin 41 yaşlı kapitanı: Hələ karyeramı bitirmək istəmirəm

Bakı, 17 aprel, AZƏRTAC

Futzal üzrə Azərbaycan millisinin və “Araz-Naxçıvan”ın 41 yaşlı qapıçısı Emin Kürdov karyerasını bitirmək niyyətində deyil.

Bu barədə AZƏRTAC-a təcrübəli qolkiperin özü məlumat verib.

O, təcrübəsi ilə Azərbaycan millisinə kömək etmək istədiyini bildirib: “Federasiya mənə güvənir. Buna görə də karyeramı bitirmək istəmirəm. Nə vaxt görsəm ki, alınmır, onda gedəcəyəm”.

Qeyd edək ki, Emin Kürdov 2004-cü ildən Azərbaycan millisinin formasını geyinir.

Seçilən
36
azertag.az

1Mənbələr