AZ

Hidayət Heydərov Avropa çempionatında ikinci oldu

Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunan Avropa çempionatında ölkəmizin aktivinə gümüş medal yazdırıb.Missiya.Az Oxu.Az-a istinadən xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində tatamiyə çıxan son olimpiya çempionumuz həlledici final görüşündə yerli idmançı Laşa Şavdatuaşvili ilə üz-üzə gəlib və rəqibinə məğlub olub.Qeyd edək ki, finala gedən yolda uğurlu silsilə nümayiş etdirən H.Heydərov ardıcıl olaraq 1/16 finalda yunanıstanlı Konstantinos Tsaparas, 1/8 finalda kosovolu Dardan Çenan, 1/4 finalda fransalı Dayyan Boulemtafes və yarımfinalda türkiyəli Bilal Çiloğlunu mübarizədən kənarlaşdırmışdı.Məlumat üçün qeyd edək ki, qitə miqyaslı Avropa çempionatına aprelin 19-da yekun vurulacaq.Xatırladaq ki, Azərbaycan təmsilçisi karyerasında ikinci dəfə qitə birinciliyinin gümüş medalını qazanıb.

Seçilən
34
missiya.az

1Mənbələr