AZ

Naxçıvanda zəncirvari qəza oldu - FOTO

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin Mustafa Kamal Atatürk küçəsində qeydə alınıb. 75-BA-845 dövlət qeydiyyat nişanlı "Peguot" və 75-TA-343 və 75-BL-515 dövlət qeydiyyat nişanlı "NAZ-Lifan" markalı avtomobillər toqquşub.

Avtomobillərdən biri yaxınlıqdakı evin qapısına çırpılıb və oraya zərər vurub.

Qəza zamanı xəsarət alan olmasa da, hər 3 avtomobilə ciddi ziyan dəyib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır./Azərtac

Seçilən
15
1
bakivaxti.az

2Mənbələr