Bakı, 17 aprel, AZƏRTAC
Futbol üzrə Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi Erve Renar vəzifəsindən ayrılıb.
AZƏRTAC xəbər verir ki, fransalı mütəxəssislə müqaviləyə vaxtından əvvəl xitam verilib.
O, 2024-cü ildən Səudiyyə Ərəbistanı yığmasında işləyirdi və yığmanı DÇ-2026-nın final mərhələsinə yüksəldib.
Səudiyyə Ərəbistanı millisi dünya çempionatında Uruqvay, İspaniya və Kabo Verde ilə qarşılaşacaq.