AZ

Səudiyyə Ərəbistanı millisini dünya çempionatına çıxaran baş məşqçi qovulub

Bakı, 17 aprel, AZƏRTAC

Futbol üzrə Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi Erve Renar vəzifəsindən ayrılıb.

AZƏRTAC xəbər verir ki, fransalı mütəxəssislə müqaviləyə vaxtından əvvəl xitam verilib.

O, 2024-cü ildən Səudiyyə Ərəbistanı yığmasında işləyirdi və yığmanı DÇ-2026-nın final mərhələsinə yüksəldib.

Səudiyyə Ərəbistanı millisi dünya çempionatında Uruqvay, İspaniya və Kabo Verde ilə qarşılaşacaq.

Seçilən
31
azertag.az

1Mənbələr