AZ

İran: Müvəqqəti atəşkəsi qəbul etmirik

İran: Müvəqqəti atəşkəsi qəbul etmirik

İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə ABŞ və İran arasındakı hər hansı müvəqqəti atəşkəs razılaşmasını qəbul etmədiklərini bəyan edib.

AFN.az xəbər verir ki, Xətibzadə diplomatiyanı tükətmək üçün istifadə edilən və ardınca yenidən müharibəyə qayıdışla nəticələnən bu qapalı dövrəyə son qoyulmalı olduğunu bildirib.

Antalya Diplomatiya Forumu (ADF) 2026 çərçivəsində mətbuat mənsublarının suallarını cavablandıran nazir müavini İsraili də əhatə edən müvəqqəti atəşkəs və Hörmüz boğazı ilə bağlı qiymətləndirmələr aparıb. O, hazırda aparılan danışıqların məhz qalıcı nəticə əldə etməyə yönəldiyini vurğulayıb.

Müharibədən əvvəlki vəziyyətə istinad edən Xətibzadə Hörmüz boğazının minlərlə ildir açıq olduğunu, bu suların İranın ərazi sularının və torpaqlarının ayrılmaz tərkib hissəsi olduğunu xatırladıb. Boğazın tarix boyu İranın qərarı ilə açıq saxlanıldığını qeyd edən rəsmi, ABŞ və İsrail tərəfindən səbəbsiz başladılan hücumların regionda gərginliyi artırdığını bildirib.

Səid Xətibzadə vurğulayıb ki, bütün bölgəni və İranı boğmaq cəhdi qlobal iqtisadiyyata da ciddi zərər vurur. O əlavə edib ki, əgər bu müharibə qalıcı olaraq başa çatsa və Amerika ədalətli şərtləri qəbul edib maksimalist mövqeyindən əl çəksə, həmçinin İranın ərazi bütövlüyünə hörmət edilərsə, Tehran Hörmüz boğazının gələcəkdə də sülh və sabitlik dəhlizi olaraq qalacağına zəmanət verə bilər.

Seçilən
21
afn.az

1Mənbələr