AZ

80 yaşlı motosiklet sürücüsü yük maşınının altında öldü

Türkiyənin Mersin şəhərində ağır yol qəzası baş verib.

Day.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı 80 yaşlı Mehmet Ali İnanın idarə etdiyi motosiklet yol kənarında nasaz vəziyyətdə dayanmış yük maşınına arxadan çırpılıb.

Hadisə şahidləri dərhal polis və təcili tibbi yardım briqadasına məlumat veriblər. Hadisə yerinə gələn həkimlər sürücünün artıq həyatını itirdiyini müəyyən ediblər.

İlkin araşdırmalara görə, motosiklet park halında olan yük maşınına çırpılıb və sürücü nəqliyyat vasitəsinin altında qalıb.

Meyit müayinə üçün morqa aparılıb, faktla bağlı araşdırma davam edir.

Seçilən
20
day.az

1Mənbələr