AZ

Qeyri-müəyyənlik və böhranlar beynəlxalq sistemin dominant xarakteristikasına çevrilir - Hakan Fidan

Antalya. Trend:

Artan qlobal qeyri-müəyyənlik şəraitində əsas sual gələcəyinhansı zəka, iradə və baxışla formalaşdırılacağıdır.

Trend-in xüsusimüxbirinin verdiyi xəbərə görə, bu fikirləri Türkiyənin xariciişlər naziri Hakan Fidan Antalya Diplomatiya Forumunun açılışmərasimində çıxışında bildirib.

Onun sözlərinə görə, məhz bu məqsədlə Antalyada qlobal vəregional məsələlər hərtərəfli müzakirə olunacaq, qərarlar isəkollektiv düşüncə və birgə fəaliyyət əsasındaformalaşdırılacaq.Fidan vurğulayıb ki, söhbət təkcə böhranlarınsayının artmasından və geosiyasi məhdudiyyətlərdən getmir.

“Əsas problem ondan ibarətdir ki, qeyri-müəyyənlik və böhranlarbeynəlxalq sistemdə müvəqqəti bir hal olmaqdan çıxaraq onundominant xarakteristikasına çevrilir”, — deyə o qeyd edib.

Nazir xatırladıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandaha əvvəl beynəlxalq sistem üçün əsas təhlükə barədə —qanunsuzluğun, qeyri-müəyyənliyin və özbaşınalığın hökm sürdüyü birdünya barədə xəbərdarlıq edib, sağlam düşüncə, ədalət və effektivdiplomatiyanın vacibliyini vurğulayıb.

“Əfsuslar olsun ki, regionumuzdakı mövcud vəziyyət buqiymətləndirmələrin dəqiqliyini açıq şəkildə təsdiqləyir”, — deyə oəlavə edib.

Fidan həmçinin qeyd edib ki, baş verənlərdən tarixi dərslərçıxarılmalıdır, lakin belə dövrlərdə prioritet və təxirəsalınmazvəzifə atəşkəsin təmin olunmasıdır.

“Biz səmimi şəkildə davamlı atəşkəs rejiminə və möhkəm sülhünbərqərar olmasına ümid edirik. Bu prosesə töhfə verən bütünqardaşlarımıza, xüsusilə Pakistan Prezidentinə təşəkkürümüzübildiririk”, — deyə o vurğulayıb.

Bununla belə, türkiyəli nazir qeyd edib ki, razılaşmalar əldəolunsa belə, mövcud problemlərin əsas səbəbləri diqqətdən kənardaqalmamalıdır.

Məqalədə:
Seçilən
6
1
az.trend.az

2Mənbələr