AZ

Azərbaycan millisi UEFA İnkişaf Turnirində mübarizə aparacaq

16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi UEFA İnkişaf Turnirində iştirak edəcək.

Fanat.Az xəbər verir ki, məlumatı Rusiya Futbol İttifaqının (RFS) rəsmi saytı yayıb.

Yarış 25-30 aprel tarixlərində Qazaxıstanın Çimkent şəhərində keçiriləcək. Aqil Nəbiyevin rəhbərlik etdiyi yeniyetmələr sözügedən turnirdə Rusiya, Pakistan və Qazaxıstan komandaları ilə yarışacaq. Oyunlar Namıs stadionunda keçiriləcək.

İştirakçılar dairəvi sistem formatında oynayacaqlar və bir-biri ilə bir dəfə oynayacaqlar. Reqlamentə əsasən, hər bir oyunçu turnirdə ümumilikdə ən azı 90 dəqiqə oynamalıdır.

Azərbaycan ilk oyununu 25 apreldə Rusiyaya qarşı keçirəcək. 

Seçilən
16
fanat.az

1Mənbələr