AZ

Gülnarə Xəlilova Qazaxıstanda ekologiya və etno modaya həsrolunmuş iki tədbirdə kolleksiyalarını təqdim edəcək

ain.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Aprelin 22-dən 25-dək tanınmış dizayner Gülnarə XəlilovaQazaxıstanda eyni anda iki tədbirdə öz kolleksiyalarını"Upcycling" (yenidən dəyər qazandırma və yenidən istifadəyəyararlı) və "Miniatür" (Azərbaycanın orta əsr miniatürləri və xalçanaxışlarını, o cümlədən Qarabağ motivlərini əks etdirən) adlı yenikolleksiyasını təqdim edəcək.

Astanada beynəlxalq ekoloji texnologiyalar sərgisi RES 2026 EXPO çərçivəsində aparıcı dizaynerlərin iştirakı ilə "Green Runway Fashion Show" adlı ilk beynəlxalq ekoloji moda nümayişikeçiriləcək. Tədbir Mərkəzi Asiya və Azərbaycanın dayanıqlımoda və kreativ sənayelər sahəsində potensialını nümayişetdirəcək. "Green Runway Fashion Show" dizaynerlər, ekoloqlar, investorlar və dövlət qurumlarının nümayəndələri arasında dialoqplatforması olacaq.

"Moda nümayişinin əsas xüsusiyyəti canlı bitkilər və təbiielementlərdən istifadə olunmaqla hazırlanmış orijinal səhnətərtibatıdır. Bu yanaşma "canlı məkan" effekti yaradır və modanıntəbiətlə əlaqəsini vurğulayır. Layihənin konsepsiyası estetikyanaşmanın ekoloji məsuliyyət və regionun mədəni kimliyi iləvəhdətdə təqdim olunduğu yeni sənaye modelini əks etdirir", - deyə Trend Life-a dizayner bildirib.

Gülnarə Xəlilova "Aspara Fashion Week"də növbəti dəfə iştirakedərək Azərbaycanı təmsil edəcək. Taraz şəhərində isə 35-dən çoxölkədən dizaynerləri bir araya gətirən ən iri modaplatformalarından biri - "Aspara Fashion Week" beynəlxalq modalayihəsinin 17-ci mövsümü keçiriləcək. Tədbir ənənəvi olaraqAvropa və Asiya modası arasında körpü rolunu oynayır, etno-mədəni dəyərlərə, milli geyimlərə və ənənələrin müasirinterpretasiyasına xüsusi diqqət yetirir.

Gülnarə Xəlilova - Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etno-dizaynerlər Assosiasiyasının üzvü, sənətşünaslıqüzrə fəlsəfə doktoru və Cizgi brendinin yaradıcısıdır. Onunkolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç, Serbiya, Şimali Kipr Türk Cümhuriyyəti vədigər ölkələrdə keçirilən moda həftələri və beynəlxalq tədbirlərdəuğurla nümayiş olunub.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
1
news.milli.az

2Mənbələr