AZ

Qədir Xəlilov: "Mədəniyyət və incəsənət sahəsi üzrə proqramların sayı artırılıb"

“Aprelin 15-dən etibarən Dövlət Proqramı çərçivəsində 2026-2027-ci tədris ili üçün dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə sənəd qəbulu elan edilib”.

Teleqraf xəbər verir ki, bunu Dövlət Proqramı İdarəetmə Qrupunun layihə rəhbəri Qədir Xəlilov proqramın təqdim etdiyi imkanlara həsr olunmuş tədbirdə deyib.

O bildirib ki, hazırda proqramda 33 ölkədən 230-dan çox universitet var:

“15 priotet ixtisas var, onlar üzərindən universitet seçimləri edilir.Yeniliklərdən biri mədəniyyət və incəsənət sahəsi üzrə proqramların sayının 19-a çatdırılmasıdır.

Müsahibə mərhələsində isə minimum keçid balı 40 olaraq müəyyənləşdirilib.

Eyni bal toplayan namizədlər arasında seçim aparılarkən onların digər akademik göstəriciləri də nəzərə alınır və daha yüksək nəticə göstərən namizəd proqram iştirakçısı seçilir”.

Seçilən
21
teleqraf.com

1Mənbələr