Bakı. Trend:
Hava limanları və aerodromların təhlükəsizlik zonalarındabinaların, qurğuların və obyektlərin yerləşdirilməsinə razılıqverilməsi qaydası təsdiq edilib.
Trend xəbərverir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərarimzalayıb.
Qərara əsasən, bu qayda hava limanları və aerodromlarıntəhlükəsizlik zonaları daxilində tikintisinə icazə tələb olunanbinaların, qurğuların və obyektlərin yerləşdirilməsinə mülkiaviasiyaya münasibətdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinintabeliyində Dövlət Mülki Aviasiya Agentliyi, dövlət aviasiyasınamünasibətdə isə Müdafiə Nazirliyi tərəfindən razılıq verilməsinədair tələbləri müəyyən edir.
Hava gəmilərinin uçuşlarının təhlükəsizliyi məqsədiləsertifikatlaşdırılmış hava limanlarının (və ya aerodromların), ocümlədən yeni hava limanlarının (və ya aerodromların)istismarçıları tərəfindən hava limanları və aerodromlarıntəhlükəsizlik zonasını müəyyən edən maneə sxemləri (xəritələr)hazırlanır. Maneə sxemləri hazırlandıqdan sonra təsdiq edilməsiüçün 5 (beş) gün müddətində aidiyyəti qurumlara təqdim edilir.
Aidiyyəti qurumlar tərəfindən təsdiq edilmiş maneə sxemləri(xəritələri) Bakı şəhəri və Qarabağ və Şərqi Zəngəzur iqtisadirayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati əraziləriüzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, digər inzibatiərazi vahidləri üzrə yerli icra hakimiyyət orqanlarına, həmçininMənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilmiş torpaqsahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçiriləntikinti niyyətlərinə münasibətdə həmin Agentliyə yuxarıdakı abzasdagöstərilən sorğunun göndərilməsinin təmini üçün təqdim edilir.