AZ

Xaçmaz rayonunda növbəti səyyar qəbul Dədəli kəndində keçirilib (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, idarə,müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Dədəli kəndindəsəyyar qəbul keçirib.

Bu barədə Trend-ə Xaçmaz Rayon İcra Hakimiyyətindən məlumatverilib.

Bildirilir ki, qəbulda Dədəli İnzibati Ərazi Dairəsi üzrənümayəndəliyinə daxil olan Dədəli, Palıdlı, Bostançı, Nağıoba,Hacıəbdürəhimoba, Sibiroba və Kiçik Baraxum kəndlərinin sakinləriiştirak ediblər.

Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan məsələlərin həlliistiqamətində görülən işlərə görə təşəkkürlərini bildirib, həmçininelektrik təsərrüfatının yenilənməsi, suvarma kanallarınıntəmizlənməsi, fərdi yaşayış evlərinin qazlaşdırılmasına köməklikgöstərilməsi və bir neçə fərdi müraciət səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərininarzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edənproblemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarverib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədiləyerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət vəqayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə vəBirinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadəediblər.

Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Seçilən
6
az.trend.az

1Mənbələr