AZ

Hidayət Avropa çempionatının yarımfinalına yüksəldi

Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatının yarımfinalına yüksəlib.

İdmanxeber.az xəbəır verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan son olimpiya çempionu 1/4 finalda Fransanı təmsil edən Dayyan Boulemtafesə qalib gəlib.

Millinin lideri yarımfinalda Bilal Çiloğlu (Türkiyə) ilə qarşılaşacaq.

Heydərov daha əvvəl 1/16 finalda Konstantinos Tsaparası (Yunanıstan), 1/8 finalda isə Dardan Çenanı (Kosovo) məğlub etmişdi.

Ötən gün mübarizəyə qoşulan 7 cüdoçumuzdan ikisi – Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıb.

Avropa çempionatı aprelin 19-da başa çatacaq.

Seçilən
31
9
idmanxeber.az

10Mənbələr