AZ

Namiq Məmmədkərimov: “İndikilərdən nə öyrənəcəyik?”

sport24.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Daha çox gənclərdən formalaşmış yeni milli komandamız var. Bu cür yoldaşlıq oyunları vacibdir. Biz hər cəhətdən rəqibdən geri qalırıq". Bu sözləri Sport24.az-a açıqlamasında futzal üzrə yığmanın sabiq üzvü Namiq Məmmədkərimov bildirib.O, yığmamızın yoldaşlıq görüşlərində Qazaxıstana məğlubiyyətini şərh edib:"Qazaxıstan kimi yığmalar zamanında düzgün strategiyanın təməlini qoyub. Bizi heç kim qınaya bilməz. Futzalçılar sağ olsun, əllərindən gələni etdilər. Uduzmağımızın səbəbi yığmamızın heyətinin gənc olmasıdır. Bir neçə il bundan qabaq heyətimizdə brazilyalı legionerlər forma geyinirdi. Onlara baxıb çox şey öyrənmişdik. İndikilərdən nə öyrənəcəyik? Qazaxıstan millisi də bu təcrübədən istifadə edib. Bir də rəqibin bütün aşağı yaş qrupu üzrə yığmaları var. Mən özüm də orda olmuşam, görmüşəm. Hər yaş qrupundan 2-3 futzalçı çıxsa, milli komandaya böyük dəstəkdir. Onlar bu baxımdan bizi üstələyirlər. Zamanında düzgün strategiya qurublar və bu gün də nəticəsini görürlər.Qeyd edək ki, komandalar arasında ilk keçirilən görüşdə meydan sahibləri 9:2 hesablı qələbə qazanıb. İkinci qarşılaşmada isə millimiz 2:4 hesabı ilə uduzub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
sport24.az

1Mənbələr