AZ

“Şəhər planlaşdırmada yeni yanaşmalar” FOTOLAR

Ses qazeti portalından alınan məlumata görə, ain.az xəbər verir.

Astara Pedaqoji Kollecində təşkil olunan müxtəlif səpkili tədbirlər bir qayda olaraq diqqət çəkir. Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyası (WUF13) çərçivəsində “Şəhər planlaşdırmada yeni yanaşmalar” mövzusunda keçirilən xüsusi dərs də iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.

Xüsusi dərsi “Kimya, biologiya və aqrar-turizm” FBK-nın müəllimi Məryəm Cavadova aparırdı. O, öz çıxışında şəhər planlaşdırılmasının yalnız fiziki mühitin təşkili ilə məhdudlaşmadığını dedi, bu işdə sosial, iqtisadi və ekoloji amillərin kompleks şəkildə nəzərə alınmasının vacibliyindən, şəhər planlaşdırmada innovativ həllərdən, beynəlxalq təcrübələr və Azərbaycanda həyata keçirilən layihələr barədə geniş məlumat verdi.

Dərsin gedişini izləyən kollecin direktoru, professor Kamran Kazımov sonda Məryəm müəllimin çıxışına onu da əlavə etdi ki, eyni zamanda müasir dövrdə “ağıllı şəhər” konsepsiyası, yaşıl infrastrukturların tətbiqi, nəqliyyat sistemlərinin optimallaşdırılması və rəqəmsal texnologiyaların inteqrasiyası şəhərsalmanın əsas prioritet istiqamətlərindəndir.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
50
sesqazeti.az

10Mənbələr