AZ

İrandan ABŞ-nin blokadasına cavab

ABŞ ticarət gəmilərini və neft tankerlərini dəniz blokadası ilə təhdid edəcəyi təqdirdə Fars körfəzi, Oman körfəzi və Qırmızı dənizdə ixrac fəaliyyətinə icazə verilməyəcək. Metbuat.az xəbər verir ki, İran Silahlı Qüvvələrinin döyüş idarəetməsindən məsul olan Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının komandiri general-mayor Əli Abdullahi belə açıqlama verib. O bildirib ki, ABŞ-nin hər hansı dəniz blokadası cəhdi atəşkəsin pozulması hesab ediləcək.

O, “Əgər ABŞ qanunsuz hərəkətlərini davam etdirərsə və İranın ticarət gəmiləri və neft tankerləri üçün təhlükə yardılarsa, İranın güclü Silahlı Qüvvələri Fars körfəzi, Oman körfəzi və Qırmızı dənizdə heç bir ixrac və ya idxalın davam etməsinə icazə verməyəcək”, - deyə bildirib.

Seçilən
14
7
metbuat.az

6Mənbələr