AZ

Gündəlik həyatımızdakı gizli düşmən: Bu əşyalarda vərəm çöpləri aylarla qalır

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Vərəm törədiciləri xarici mühit amillərinə qarşı inanılmaz dərəcədə dözümlüdür. Ümumdünya Səhiyyə Təşkilatı bu mikrobakteriyaları ən təhlükəli patogenlər qrupuna daxil edib. Bunun əsas səbəbi bəzi ştamların ən müasir dərmanlara belə güclü müqavimət göstərməsidir.Demokrat.az xəbər verir ki, bunu tibb elmləri doktoru Larisa Rusakova bildirib. O deyib ki, vərəm çöpləri təbiətdə çox uzun müddət canlı qala bilir."Məsələn, bu bakteriyalar torpaqda bir il və daha çox, kitablarda 3-4 ay, süd məhsullarında isə 18 günə qədər yaşayır. Ən diqqətçəkən məqam isə pendir və kərə yağında bu müddətin 10 aya qədər uzanmasıdır. Tozlu mühitlərdə isə törədici 10 gün ərzində öz aktivliyini qoruyur.

Bakteriyanı məhv etmək üçün xüsusi şərtlər tələb olunur. Birbaşa düşən günəş şüaları mikrobakteriyanı bir neçə on dəqiqə ərzində öldürür. Güclü kimyəvi məhlullar isə fərqli təsir göstərir. Məsələn, xlorlu əhəng məhlulu bakteriyanı yalnız bir və ya iki gün ərzində tam zərərsizləşdirə bilir. Bu dözümlülük xəstəxanalarda dezinfeksiya işləri aparılarkən xüsusi nəzərə alınır.

Dərmanlara qarşı yaranan müqavimət də ciddi problem olaraq qalır. İlk vərəm əleyhinə preparat olan "Streptomisin" 1944-cü ildə tətbiq ediləndə böyük uğur qazansa da, qısa müddətdə bakteriyalar ona qarşı öyrəşdi. 1952-ci ildən istifadə edilən "İzoniazid"ə qarşı kütləvi dözümlülük isə XXI əsrin əvvəllərində qeydə alındı. Bu səbəbdən müasir müalicədə artıq bir neçə preparatın kombinasiyasından istifadə olunur".

Yəni, vərəm çöpləri torpaqda və ya qidalarda aylarla sağ qala bilir, buna görə də xəstəlikdən qorunmaq üçün təmizlik qaydalarına ciddi əməl etmək vacibdir.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
demokrat.az

1Mənbələr