AZ

Anar Əsədlinin məhkəməsində zərərçəkən ifadə verib

Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən İlham Hüseyn ifadə verib.

Özəl klinikada həkim-terapevt vəzifəsində çalışan zərərçəkən ifadəsində bildirib ki, Anar Əsədli ilə öncələr dost olublar: "Anar Əsədli 2020-ci ilin mart ayında mənə pula ehtiyacı olduğunu, mayda qaytaracağını dedi. Mən də 10 min dollar tapıb ona borc verdim. Amma pulu mayda qaytarmadı. Sonradan eşitdim ki, bir neçə adama qarşı da bunu edib. Digər zərərçəkən Oqtay bəylə birgə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət elədik. Ondan sonra pulumu tam qaytardılar. Hazırda heç bir şikayətim, tələbim yoxdur".

Digər zərərçəkənlərin dindirilməsi ilə əlaqədar proses mayın 1-nə təxirə salınıb.

Qeyd edək ki, Anar Əsədliyə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində 2023-cü ilin aprel ayında həbs qətimkan tədbiri seçilib. Sonradan məhkəmə Anar Əsədlini ev dustaqlığına buraxsa da, o, ilk baxış iclasında zərərçəkmiş tərəfin vəsatəti əsasında məhkəmə zalında həbs edilib.

Cinayət işində zərərçəkən qismində Oqtay Qasımov, İlham Hüseynli, Etibar Nəsibov və Tamara Allahverdiyeva tanınıb.

Seçilən
18
6
apa.az

7Mənbələr