AZ

Argentinadan Messinin məhkəməyə verilməsinə reaksiya gəldi

Argentina Futbol Assosiasiyası (AFA) promouter şirkət VID tərəfindən həm quruma, həm də Lionel Messiyə qarşı irəli sürülən bütün ittihamları rədd edib.

Publika.az xəbər verir ki, bu barədə assosiasiyanın "TMZ Sports" tərəfindən yayımlanan bəyanatında bildirilib.

“AFA müvafiq razılaşmalar üzrə bütün öhdəliklərini tam şəkildə yerinə yetirib. Buraya 2025-ci ilin oktyabrında Argentina millisinin hər iki oyunda iştirakı da daxildir”.

Tərəflər arasında razılaşmaya əsasən, Messi Venesuela və Puerto-Riko yığmalarına qarşı keçirilən hər iki yoldaşlıq görüşündə ən azı 30 dəqiqə meydanda olmalı idi. Argentinalı futbolçu yalnız ikinci qarşılaşmada tam oyun keçirib.

Seçilən
12
publika.az

1Mənbələr