ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Dərnəgül dayanacağının istifadəyə verilməsiylə bağlı işlər artıq yekunlaşdırılır”. Bizim.Media xəbər verir ki, bu sözləri "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişindaşımalar departamentinin rəisi Azər Fərəcov jurnalistlərə açıqlamasında qeyd edib. O bildirib ki, stansiyanın yaxın zamanda istifadəyə verilməsi gözlənilir.Departamentin rəisi Bakı-Xırdalan-Sumqayıt istiqamətində qatarların fəaliyyətinin nə vaxt bərpa olunacağıyla bağlı suala da cavab verib:"Bu istiqamətdə qatarlarının fəaliyyəti ilə bağlı təmir işləri aparılır. Bu işlərin də qısa müddətdə bitməsi gözlənilir".Nəzrin Mirzəyeva, İntiqam İbrahimov, Bizim.Media
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.