AZ

Şahin Mustafayev: İranla sərhəddə yaradılan infrastruktur günə 1000 avtomobilin keçməsinə imkan verəcək

ain.az bildirir, Apa.az saytına əsaslanaraq.

Azərbaycan-İran sərhədində yaradılan infrastruktur günə 1000-ə qədər yük avtomobilinin keçid qabiliyyətini təmin edəcək.“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan-Rusiya işgüzar şurasının iclasında çıxışı zamanı Baş nazirin müavini Şahin Mustafayev deyib.

O qeyd edib ki, Rusiya nümayəndə heyəti ilə birlikdə “Şimal-Cənub” və “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin yeni qollarının əsas komponentlərinə baxış keçirilib:

“Baxış zamanı Ağbənd qəsəbəsi istiqamətində avtomobil magistralı, avtomobil körpüsü və Azərbaycan-İran sərhədində tikilən sərhəd-keçid məntəqələri ilə tanış olunub”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
4
apa.az

5Mənbələr