AZ

Ermənistanın yeni konstitusiyasında inanılmaz sürprizlər olacaq

Ermənistanın ədliyyə naziri və Konstitusiya İslahatları Şurasının rəhbəri Srbuhi Qalyan yeni konstitusiyanın mətninin 7 iyun seçkilərindən əvvəl dərc olunacağını bildirib. 

Lakin hakim “Vətəndaş Müqaviləsi” Partiyasındakı mənbələrə istinadən edən “Hraparak” qəzeti bu ehtimalın az olduğunu bildirib. 

Hətta adıçəkilən nəşr yeni konstitusiyanın mətini “çirkli ağ paltar” adlandırıb. “Məsələ yalnız Paşinyanın açıq şəkildə bəyan etdiyi Müstəqillik Bəyannaməsindən xilas olmaqla bağlı deyil, həm də bir sıra inanılmaz dəyişikliklər və redaktələrlə bağlıdır. 

Bizə məlumat verildi ki, Paşinyan konstitusiyanı öz ölçüsünə uyğunlaşdırmaq niyyətindədir. Dünən Baş nazir vacib bir açıqlama verdi. O, Milli Məclisin kürsüsündən ədalət məsələsini "cərrahi yolla" həll etməli olduğumuzu dedi. 

Onun sözlərinə görə, Ermənistan Respublikasında xalqdan gələn bir sistem olmalıdır və bunun üçün yeni bir konstitusiya lazımdır. Bu bəyanat göstərir ki, onlar yeni konstitusiyaya ədalət sisteminin birbaşa bir şəxs tərəfindən idarə olunacağı müddəaları daxil edəcəklər. 

Yenidən seçiləcəyi təqdirdə isə, həmin şəxs o özü olacaq. Bundan başqa, “Vətəndaş Müqaviləsi”nin iyunun 7-də konstitusiya çoxluğunu qazana bilməyəcəyi halda belə, hansısa şəkildə hakimiyyətdə qalacağı barədə məlumatlar var. 

Konstitusiya qanunlarını qəbul etmək üçün konstitusiya qaydaları toplanan səslərin sayına uyğunlaşdırılacaq”,- deyə “Hraparak” qeyd edir. 

Seçilən
12
1
cebheinfo.az

2Mənbələr