AZ

“Ziillər sadəcə kosmetik problem deyil –HPV bəzi hallarda xərçəngə səbəb olur


İnsan papilloma virusu (HPV) dünyada ən geniş yayılmış virus infeksiyalarından biridir və bir çox hallarda dəridə yaranan ziillərlə özünü göstərir. Lakin mütəxəssislər bildirir ki, bu virus yalnız kosmetik problem deyil.
Medicina.az xəbər verir ki, bəzi HPV tipləri, xüsusilə 16 və 18-ci tiplər, uşaqlıq boynu xərçəngi ilə birbaşa əlaqəlidir. Araşdırmalar göstərir ki, bu xərçəng növlərinin təxminən 90%-də HPV virusu aşkar olunur.

Həkimlərin sözlərinə görə, bir çox insan ziyilləri yandırmaq və ya lazerlə götürməklə problemin həll olunduğunu düşünür. Halbuki bu üsullar yalnız dəridə olan törəməni aradan qaldırır, virus isə orqanizmdə qalır və müəyyən müddətdən sonra yenidən aktivləşə bilər.



Virus əsasən cinsi əlaqə və dəri təması ilə yoluxur. İmmunitetin zəifləməsi isə onun aktivləşməsində əsas rol oynayır.

Mütəxəssislər HPV-nin erkən diaqnostikasının vacibliyini vurğulayır. Bunun üçün PAP smear, HPV testi və digər müayinələr tövsiyə olunur.

Müasir tibbdə HPV infeksiyasına yanaşma dəyişməkdədir. İnteqrativ yanaşmalarda immun sistemin gücləndirilməsi əsas istiqamətlərdən biri kimi qiymətləndirilir.
İnteqrativ tibbdə HPV-n müalicəsində Omeloterapiya (Mistletoe therapy)çox effektivdir. Bu məqsədilə Helixor (öksəotu – Viscum album) preparatı istifadə olunur. Bu preparat Avropa ölkələrində onkoloji xəstəliklərin müalicə protokollarına daxil edilib və bəzi ölkələrdə tibbi sığorta tərəfindən qarşılanır.
Həkimlər bildirir ki, düzgün və kompleks yanaşma HPV infeksiyasının idarə olunmasında mühüm rol oynayır.

* HPV virusu
* papilloma virusu
* ziil nədir
* HPV xərçəng
* uşaqlıq boynu xərçəngi
* HPV əlamətləri
* HPV müalicəsi
* immun sistem
* Helixor



Seçilən
9
1
medicina.az

2Mənbələr