AZ

“Yicai” nəşri: Çinin Yaxın Şərqə dəniz yükdaşımalarının dəyəri təqribən üç dəfə artıb

Bakı, 17 aprel, AZƏRTAC

Çinin yükdaşıma şirkətləri Hörmüz boğazı ətrafındakı geosiyasi gərginlik səbəbindən Yaxın Şərqə dəniz yükdaşımalarının xərclərinin üçqat artması ilə üzləşir.

AZƏRTAC “Yicai” nəşrinə istinadla xəbər verir ki, əsas yükdaşımalarının dəyəri 5000-6000 dollara qədər artıb və əlavə ödənişlərlə bu rəqəm 11000 dollara çata bilər.

Mənbə izah etdiyi kimi, yükdaşımalarının dəyərindəki artım təkcə beynəlxalq neft qiymətlərinin artması ilə deyil, həm də risk əlavələri kimi əlavə ödənişlərin daxil edilməsi ilə bağlıdır. Gəmiçilik şirkətləri bu əlavə xərclərin əksəriyyətini müştərilərinə şamil edir və bu, onsuz da sifariş çatışmazlığı ilə üzləşən müəssisələrə təzyiqi daha da artırır.

Quandun əyalətindəki beynəlxalq yükdaşımaları agentliyinin satış meneceri Li Hao nəşrə bildirib ki, şirkətin Yaxın Şərqdəki biznesi ən azı yarıya qədər azalıb. O, əlavə edib ki, son on ildə belə bir azalma müşahidə olunmayıb. Nəticədə Çinin Yiu şəhərindəki ixracyönümlü bir çox istehlak malı fabrikləri sifariş çatışmazlığı ilə üzləşir.

Seçilən
9
azertag.az

1Mənbələr