AZ

Messi İspaniyada aşağı liqa klubunu SATIN ALDI

Argentina millisinin və “İnter Mayami”nin hücumçusu Lionel Messi İspaniyada “Kornelya” nın sahibi olub.

Sportinfo.az xəbər verir ki, bu barədə məşhur insayder Fabrisio Romano “X”də məlumat yayıb.

Məlumata görə, 38 yaşlı futbolçu İspaniya futbolunun aşağı liqalarında çıxış edən Kataloniya təmsilçisinin səhmlərinin 100 faizini satın alıb.

“Kornelya” Jordi Alba və David Raya kimi tanınmış futbolçuların yetişdiyi məkan kimi tanınır. Hazırda klub İspaniya beşinci divizionunda mübarizə aparır.

Seçilən
27
sportinfo.az

1Mənbələr