AZ

Ermənistanda fərarilik KÜTLƏVİLƏŞİR – Müharibə TƏLAŞI

Ermənistan parlamentinin üzvü Ayk Sarqsyan ölkədə hərbi çağırışla bağlı ciddi problemlərin olduğunu bəyan edib. Onun sözlərinə görə, 2025-ci ildə çağırışçıların cəmi 30 faizi ordu sıralarına qoşulub.

Deputat bildirib ki, hər gün 10-dan çox hərbçi itirilir, ötən il isə 2800 gənc Ermənistan vətəndaşlığından imtina edib. Sarqsyan qeyd edib ki, bu vəziyyət xüsusilə xidmət edən hərbçilərin üzərinə əlavə yük salır və orduda gərginliyi artırır. Maraqlıdır, Azərbaycanla Ermənistan arasında müharibə riski yoxdur. 2024-cü ilin fevralından bəri sərhəddə ölüm və yaralanma halı qeydə alınmayıb. Ötən ilin avqustunda Bakı və İrəvan sülh sazişinin bəndlərini paraflayıb. O zaman ermənilər niyə ordudan yayınır? Paşinyan “sentyabrda müharibə olacaq” anonsu ilə erməniləri qorxuda bilibmi?

Fərarilikdən

Siyasi ekspert Məhəmməd Əsədullazadə Musavat.com-a bildirib ki, Ermənistanda hərbi çağırışdan yayınmanın artması təkcə müharibə qorxusu ilə izah ediləcək qədər sadə məsələ deyil. Onun sözlərinə görə, deputat Ayk Sarqsyanın səsləndirdiyi rəqəmlər daha dərin sosial, psixoloji və institusional problemlərin göstəricisidir: “Birincisi, 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi Ermənistan cəmiyyətində ciddi travma yaradıb. Minlərlə itki, məğlubiyyət psixologiyası və ordunun məğlub institut kimi qəbul olunması gənclərin motivasiyasını kəskin azaldıb. İkincisi, bu gün çağırış yaşına çatan nəsil həmin müharibənin nəticələrini şüurlu şəkildə dərk edən və riskləri daha real qiymətləndirən nəsildir. Bundan əlavə, hakimiyyətə inam problemi qalmaqdadır. Baş nazir Nikol Paşinyan son illər ordu islahatlarından danışsa da, cəmiyyətin bir hissəsi ordudakı şəraitə, idarəetməyə və təhlükəsizlik təminatlarına skeptik yanaşır. Orduda qeyri-döyüş itkiləri, intihar və ya naməlum səbəblərdən ölüm halları barədə xəbərlər bu inamsızlığı daha da gücləndirir. Sarqsyanın “hər gün 10-dan çox hərbçi itirilir” deməsi də məhz bu kontekstdə ciddi siqnaldır”.

ABŞ

Siyasi təhlilçi hesab edir ki, sosial-iqtisadi faktorlar da sözügedən problemin meydana gəlməsində mühüm rol oynayır: “Ermənistan gəncləri üçün xaricə köçmək, vətəndaşlıqdan imtina etmək və ya alternativ yollarla hərbi xidmətdən yayınmaq daha cəlbedici görünür. 2800 nəfərin vətəndaşlıqdan imtinası sadəcə rəqəm deyil. Paşinyanın “sentyabrda müharibə olacaq” tipli açıqlamaları gənclərin hərbi xidmətdən yayınmasında ciddi rol oynamır. Çünki cəmiyyət artıq bu cür ritorikanı siyasi alət kimi qəbul edir”.

Etibar Seyidağa,
Musavat.com

Seçilən
16
musavat.com

1Mənbələr