AZ

ÇL: Alman qapıçılar antirekord müəllifləridir - Noyer ter Ştegenə çatdı

"Bayern Münhen"in qapıçısı Manuel Noyer Çempionlar Liqasında antirekordla yadda qalıb.

Fanat.Az xəbər verir ki, almaniyalı qolkiper "Real Madrid"lə oyunda (4:3) qeyri-adi göstəriciyə imza atıb.

"Squawka"-nın hesablamasına görə, o, Madrid nəhəngi ilə matçda topu üç dəfə tordan çıxarmaqla bu rəqibdən buraxdığı qolların ümumi sayını 22-yə çatdırıb. Beləliklə, Noyer bu göstərici üzrə turnir rekordunu təkrarlayıb.

Bundan əvvəl oxşar nəticəni "Bayern" ilə oyunlarda 22 qol buraxan Mark-Andre ter Ştegen göstərmişdi.

Siyahıda həmçinin "Bayern"dən 21 qol buraxan İker Kasilyas, PSJ-dən 21 qol "yeyən" ter Ştegen və "Mançester Siti" ilə görüşlərdə qapısında 20 qol görən Tibo Kurtua da yer alıb.

Seçilən
8
1
fanat.az

2Mənbələr