AZ

Azərbaycan BVF ilə makroiqtisadi sabitliyi müzakirə edib

Bakı. Trend:

Azərbaycan Beynəlxalq Valyuta Fondu (BVF) ilə makroiqtisadisabitliyi müzakirə edib.

Trend bu barədəAzərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, Mərkəzi Bank sədrinin birinci müavini ƏliyarMəmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-də YazToplantıları çərçivəsində Beynəlxalq Valyuta Fondunun (BVF) icraçıdirektorunun müavini Bo Li ilə təşkil olunan görüşdə iştirakedib.

Əliyar Məmmədyarov çıxışı zamanı Azərbaycanda makroiqtisadi vəmaliyyə sabitliyinin təmin olunması, dayanıqlı inkişafındəstəklənməsi, eləcə də BVF-nin təşəbbüsü və yardımı ilə icraolunan layihələrin cari vəziyyəti barədə görüş iştirakçılarınıməlumatlandırıb.

Qafqaz və Mərkəzi Asiya ölkələri maliyyə nazirləri və mərkəzibank sədrlərinin iştirak etdiyi görüşdə regionun üzləşdiyi iqtisadirisklər və çağırışlar, eləcə də makroiqtisadi və maliyyəsabitliyinin qorunması üçün zəruri siyasət və islahatlara dairməsələlər müzakirələr aparılıb.

Seçilən
24
az.trend.az

1Mənbələr