AZ

Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov-a inteqrasiya edilib

Bakı. Trend:

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə DövlətKomitəsinin daxili elektron sənəd dövriyyəsi sistemi (ESD) iləmyGov platforması arasında inteqrasiya başa çatdırılıb.

Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, bu ilin aprel ayındantətbiqinə başlanan yeni elektron xidmət vətəndaşların vaxtına,komitənin isə resurslarına qənaət olunmasına şərait yaradır.

Bildirilib ki, indiyədək ərizə, müraciət, təkliflərlə bağlıvətəndaşlar poçt, elektron resurslar (elektron poçt, DövlətKomitəsinin rəsmi facebook və instagram hesablarının mesajbölməsi), yaxud müvəqqəti qeydiyyatda olduqları rayonlar üzrəkomitənin nümayəndəlikləri vasitəsi ilə komitəyə müraciətedirdilər.

“MyGov” platformasına inteqrasiya vətəndaşlara heç bir yerəgetmədən, internet üzərindən müraciət etmək və cavab almaq imkanıverir.

Bunun üçün “myGov” portalında şəxsi kabinetə 5 üsuldan biriniseçməklə daxil olmaq, bu xidmətlərdən istifadə ilə bağlı “myGov”portalında yerləşdirilmiş təlimat videosunda məlumat almaqmümkündür.

Müraciət birbaşa komitənin daxili ESD sisteminə daxil olur,burada qeydiyyata alınaraq aidiyyəti struktur bölmələr üzrə icrayayönləndirilir. Müraciətlərə baxıldıqdan sonra hazırlanmış cavablarisə sistem üzərindən yenidən vətəndaşın “myGov” platformasındakışəxsi kabinetinə göndərilir. Beləliklə, vətəndaş müraciətininqəbulu, icrası və cavablandırılması üzrə vahid, çevik və şəffafelektron mübadilə mexanizmi formalaşdırılmış olur.

Seçilən
5
7
az.trend.az

1Mənbələr