AZ

Vəzifədən azad edilən baş memarın mülkləri - SƏNƏDLƏR

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun vəzifəsindən azad etdiyi Baş memar Rəşad Əhmədəliyevin bəzi mülklərinin siyahısı ortaya çıxıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Əhmədəliyev həmin mülkləri özünün və atasının adına rəsmiləşdirib.

 

Siyahını təqdim edirik:

 

Elşad Kərəm oğlu Əhmədəliyevin adına rəsmiləşdirilmiş Sumqayıt şəhəri, 4-cü mikrorayon, qeyri-yaşayış sahəsi, ev 30/80 - 43,80 kvadratmetr;

 

Elşad Kərəm oğlu Əhmədəliyevin adına rəsmiləşdirilmiş Sumqayıt şəhəri, Bulvar küçəsi, qeyri-yaşayış binası, 102 -  333,70  kvadratmetr;

 

Elşad Kərəm oğlu Əhmədəliyevin adına rəsmiləşdirilmiş  Sumqayıt şəhəri, 4-cü mikrorayon, qeyri-yaşayış sahəsi, ev 30/80  - 29,40  kvadratmetr;

 

Elşad Kərəm oğlu Əhmədəliyevin adına rəsmiləşdirilmiş  Sumqayıt şəhəri, 6-cı mikrorayon, Zülfü Hacıyev küçəsi, qeyri-yaşayış binası, giriş 105C  - 20,70  kvadratmetr;

 

Elşad Kərəm oğlu Əhmədəliyevin adına rəsmiləşdirilmiş  torpaq sahəsi - Sumqayıt şəhəri, İsmət Qayıbov küçəsi, torpaq, 104 - 0,06 hektar;

 

Rəşad Elşad oğlu Əhmədəliyevin adına rəsmiləşdirilmiş  torpaq sahəsi - Sumqayıt şəhəri, "Samur-Abşeron" kanalının şimalı, Yeni yaşayış massivi, torpaq, 4A-cı məhəllə - 0,0507 hektar;

 

Rəşad Elşad oğlu Əhmədəliyevin adına rəsmiləşdirilmiş  Sumqayıt şəhəri, "Samur-Abşeron" kanalının şimalı, Yeni yaşayış massivi, Əli Mustafayev küçəsi 197, fərdi yaşayış evi - 86,50 kvadratmetr.

 

Aytəkin Qardaşova

Fotoları təqdim edirik
Tarix: 17 Aprel 2026, 10:48   
Seçilən
5
10
pravda.az

10Mənbələr