AZ

Gəncənin yeni stadionundan EKSKLÜZİV görüntülər: Nə vaxt hazır olacaq?

Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə 2 ilik fasilədən sonra futbol oyunlarını qəbul etməyə hazırlaşır. Gəncə şəhər stadionunda 2024-cü ildə başlayan yenidən qurma işləri tam olaraq başa çatmaq üzrədir.

Ötən il idman qurğusu MDB Oyunları kimi nüzfuzlu yarışı qəbul edib. Həmin vaxt stadionda ot örtüyü salınmamışdı. Bu işlərə cari ildə başlanılıb. Artıq proses yekunlaşmaq üzrədir.

Publika.az-ın məlumatına görə, təqribən 7-10 gündür ot örtüyünün salınması prosesi başlanıb. Hətta işlərin aprelin 20-ə qədər tam yekunlaşması planlaşdırılır. Bu fotolarda məhz arenanın hazırkı vəziyyəti ilə bağlı ən yeni görüntülər əks olunub.

Müasir tələblərə cavab verən, 15343 tamaşaçı tutumuna malik arenada hibrid ot örtüyü salınır. Xalça sərildikdən sonra torpaq və toxumun səpilməsi başlanılıb. Qazon tam olaraq 30-60 gün müddətində hazır ola bilər. Bu məsələdə hava şəraiti və digər təbii proseslər mühüm rol oynayır.

Seçilən
14
publika.az

1Mənbələr