AZ

Tramp İranla razılaşma naminə əlavə güzəştlər edə bilər

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp İranla razılaşma əldə etmək üçünəlavə güzəştlərə getməyə hazır ola bilər.

Trend-in məlumatına görə, bu barədə "Politico" qəzeti mənbələrəistinadən xəbər verib.

Qeyd edilib ki, D. Trampın İsrail və Livan arasında atəşkəs elanetməsi onun İrana qarşı "müharibəyə son qoymaq istədiyini"göstərir.

Bildirilib ki, bu yaxınlarda Ağ Ev rəhbəri Livanda hərbiəməliyyatların dayandırılmasının ABŞ və İran arasında atəşkəsinşərtləri arasında olmadığını qeyd edərək, qarşıdurmanı "ayrıcatoqquşma" adlandırıb. Lakin "Tramp [İsrail Baş naziri Benyamin]Netanyahunu zərbələri dayandırmağa məcbur etməklə İranrazılaşmasını poza biləcək bir amili aradan qaldırdı."

Qəzet Fars körfəzi ölkələrindən birinin adı açıqlanmayan yüksəkvəzifəli məmurunun sözlərinə istinadən bildirir ki, "Düşünürəm ki,o, həqiqətən də buna son qoymaq istədiyi üçün başqa güzəştlərə dəgedəcək".

Seçilən
34
1
az.trend.az

2Mənbələr