AZ

Tramp İranla razılaşma naminə əlavə güzəştlər edə bilər

ABŞ Prezidenti Donald Tramp İranla razılaşma əldə etmək üçün əlavə güzəştlərə getməyə hazır ola bilər.

 

Bu barədə öz mənbələrinə istinadən "Politico" nəşri məlumat yayıb.

 

Qeyd edilib ki, D. Trampın İsrail və Livan arasında atəşkəs elan etməsi onun İrana qarşı "müharibəyə son qoymaq istədiyini" göstərir.

 

Bildirilib ki, bu yaxınlarda Ağ Ev rəhbəri Livanda hərbi əməliyyatların dayandırılmasının ABŞ və İran arasında atəşkəsin şərtləri arasında olmadığını qeyd edərək, qarşıdurmanı "ayrıca toqquşma" adlandırıb. Lakin "Tramp İsrail Baş naziri Benyamin] Netanyahunu zərbələri dayandırmağa məcbur etməklə İran razılaşmasını poza biləcək bir amili aradan qaldırdı."

 

Qəzet Fars körfəzi ölkələrindən birinin adı açıqlanmayan yüksək vəzifəli məmurunun sözlərinə istinadən vurğulayıb: "Düşünürəm ki, o, həqiqətən də buna son qoymaq istədiyi üçün başqa güzəştlərə də gedəcək".

Seçilən
3
1
senzor.az

2Mənbələr