AZ

Bakıda məşhur prospektdəki obyektlərə niyə qara rənglə işarə qoyulub? Müəmmalı HADİSƏ VİDEO

ain.az, Moderator.az saytına istinadən bildirir.

Bakıda, Ziya Bünyadov prospekti, 13B ünvanında obyektlərin qarşısı nömrələnib.

Moderator.az xəbər verir ki, bu barədə İTV-nin videomaterialında qeyd edilir.

Ərazidə obyekt icarəyə götürüb işləyənlərin, yaxud yolu bu obyektlərdən keçənlərin bəziləri nömrələnmənin dəqiq səbəbini bilmir. Deyirlər ki, onlar olmadıqları vaxt proses aparılıb. Əslində isə vəziyyət onu göstərir ki, bu obyektlər söküləcək.

Obyekt sahibləri isə məsələni belə şərh ediblər: "Söküntü ilə əlaqədar nömrələdilər. Ancaq hələ ki, bir xəbər yoxdur. Dedilər, bu yaxınlarda söküntüyə başlanılacaq. Hara köçürüləcəyi barədə məlumat vermədilər, nömrələdilər və sənədlərin şəkillərini çəkib götürdülər".

Müəmmalı proses bəzi sahibkarların narazılığına səbəb olub. Çünki əksəriyyəti hesab edir ki, obyektləri söküləcək. Əvəzində Qaradağ rayonu ərazisinə köçmək təklif ediləcək. Bu isə çoxlarının ürəyincə deyil.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
2
moderator.az

4Mənbələr