AZ

Azərbaycanın neft və qaz ixracından gəliri 1 milyard dollardan çox azalıb

2026-cı ilin ilk 3 ayı ərzində Azərbaycandan 4 milyard 540 milyon 205 min dollarlıq neft-qaz sektoruna daxil olan mallar ixrac edilib.

Bu barədə Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir. 

2025-ci ilin ilk 3 ayı ərzində Azərbaycandan 5 milyard 613 milyon 979 min dollarlıq neft-qaz sektoruna daxil olan mallar ixrac edilmişdi. Beləliklə, ixracın dəyəri 1 milyard 73 milyon 774 min dollar  və ya 19,1% azalıb. 

Xam neft ixracı dəyər ifadəsində 835 milyon 944 min dollar və ya 33,4% azalaraq 2 milyard 500 milyon 709 min dollara, təbii qaz ixracı isə 322 milyon 411 min dollar və ya 14,6% azalaraq 1 milyard 883 milyon 209 min dollara düşüb. 

Qeyd edək ki, Mart ayında ABŞ-İsrail və İran müharibəsilə əlaqədar olaraq neft və qaz qiymətləri kəskin yüksəlib. Bu qiymət artımı neft-qaz gəlirləri statistikasında 2026-cı ilin 2-ci rübündə əksə olunacağı gözlənilir. 

İş elanları AzVak.az-da

Seçilən
25
1
marja.az

2Mənbələr