AZ

Azərbaycanın neft və qaz ixracından gəliri 1 milyard dollardan çox azalıb

2026-cı ilin ilk 3 ayı ərzində Azərbaycandan 4 milyard 540 milyon 205 min dollarlıq neft-qaz sektoruna daxil olan mallar ixrac edilib.

Büdcədə 65 dollar götürülən neft 82 dollara satılıb - AMMA HÖKUMƏT PULU EHTİYATLA XƏRCLƏYİR

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə  Dövlət Gömrük Komitəsinin aylıq hesabatında bildirilir.

2025-ci ilin ilk 3 ayı ərzində Azərbaycandan 5 milyard 613 milyon 979 min dollarlıq neft-qaz sektoruna daxil olan mallar ixrac edilmişdi. Beləliklə, ixracın dəyəri 1 milyard 73 milyon 774 min dollar  və ya 19,1% azalıb. 

Xam neft ixracı dəyər ifadəsində 835 milyon 944 min dollar və ya 33,4% azalaraq 2 milyard 500 milyon 709 min dollara, təbii qaz ixracı isə 322 milyon 411 min dollar və ya 14,6% azalaraq 1 milyard 883 milyon 209 min dollara düşüb. 

 

Seçilən
0
1
fed.az

2Mənbələr