AZ

Avroliqa: Yarımfinala hansı klublar adladı?

style='margin-bottom:10px;'>

Bu gün UEFA Avropa Liqasında 1/4 finala yekun vurulub.

QOL.az xəbər verir ki, bununlada bütün yarımfinalçıların adına aydınlıq gəlib.

1/4 final mərhələsinin cavab qarşılaşmalarının hamısı eyni gündə keçirilib.

"Selta" "Frayburq"a, "Betis" "Braqa"ya uduzub. "Nottinqem Forest" "Portu"ya, "Aston Villa" isə "Bolonya"ya qalib gəlib.

Beləliklə, ilk matçların və cavab oyunlarının cəmində "Frayburq", "Braqa", "Nottinqem Forest" və "Aston Villa" yarımfinala yüksəliblər.

UEFA Avropa Liqası, 1/4 final mərhələsi, cavab oyunları

16 aprel

20:45. "Selta" (İspaniya) – "Frayburq" (Almaniya) - 1:3

Qollar: Svedberq, 90+1 - Matanoviç, 33, Suzuki, 39, 50

İlk oyun – 0:3

23:00. "Betis" (İspaniya) – "Braqa" (Portuqaliya) - 2:4

Qollar: Antoni, 13, Ezzalzuli, 26 - Viktor, 38, Karalyo, 49, Horta, 53-pen; Qorbi, 74

İlk oyun – 1:1

23:00. "Nottinqem Forest" (İngiltərə) – "Portu" (Portuqaliya) - 1:0

Qol: Qibbs-Uayt, 12

Qırmızı vərəqə: Bednarek, 8 ("Portu")

İlk oyun – 1:1

23:00. "Aston Villa" (İngiltərə) – "Bolonya" (İtaliya) - 4:0

Qollar: Uatkins, 16, Bendia, 26, Rocers, 39, Konsa, 89

İlk oyun – 3:1

Seçilən
58
teleqraf.com

1Mənbələr