AZ

Nəfəs ritmimiz barmaq izimiz kimi unikal imiş

Axsham.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Alimlər müəyyən ediblər ki, insanın nəfəs alma ritmi barmaq izi kimi unikaldır və hər bir fərd üçün fərqli nəfəs modeli mövcuddur.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırma zamanı könüllülər burun vasitəsilə nəfəs alarkən hava axınını qeydə alan sensorlar taxıblar. Bu cihazlar 24 saat ərzində nəfəs göstəricilərini toplayıb. Toplanan məlumatlar əsasında alimlər nəfəsin dərinliyi, fasilələr və burun dəlikləri arasındakı fərqlər kimi onlarla parametri təhlil ediblər.

Tədqiqatın nəticələrinə görə, hazırlanmış alqoritm insanları təxminən 97 faiz dəqiqliklə tanıya bilib. Üstəlik, bu dəqiqlik uzun müddət sonra da qorunub saxlanılıb.

Mütəxəssislər hesab edir ki, nəfəs ritmi gələcəkdə biometrik identifikasiya üsulu kimi istifadə oluna bilər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
axsam.az

1Mənbələr