AZ

UEFA Avropa və Konfrans Liqasında ilk yarımfinalçılar məlum olub

Bakı, 15 aprel, AZƏRTAC

UEFA Avropa və Konfrans Liqasında 1/4 final mərhələsinin cavab görüşlərinə start verilib.

AZƏRTAC xəbər verir ki, artıq hər iki turnirdə ilk yarımfinalçılar bəlli olub.

Avropa Liqasında Almaniya "Frayburq"u ilk matçda 3 cavabsız qolla üstələdiyi İspaniya “Selta”sına ikinci görüşdə də qalib gəlib - 3:1.

Konfrans Liqasında isə Ukrayna "Şaxtyor"u Niderlandda "AZ Alkmaar"la 2:2 hesablı heç-heçə edib. Donetsk klubu birinci matçda 3:0 hesablı qələbə qazanmışdı.

Beləliklə, bu nəticələrdən sonra "Frayburq" Avropa Liqasında, "Şaxtyor" isə Konfrans Liqasında yarımfinala yüksəlib.

Qeyd edək ki, hər iki turnirdə digər oyunlar Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Seçilən
26
5
azertag.az

6Mənbələr